Niderlandda avtomobilin uşaqları vurması nəticəsində ölənlərin sayı dördə çatıb
Niderlandın cənub-qərbindəki Zelandiya əyalətində avtomobilin velosiped sürən məktəbli qrupunu vurması nəticəsində daha bir nəfər ölüb, beləliklə, həlak olanların sayı dörd nəfərə çatıb "Report" xəbər verir ki, bu barədə yerli "Hart van Nederland" portalı məlumat yayıb Nəqliyyat vasitəsi məktəb xə

Niderlandın cənub-qərbindəki Zelandiya əyalətində avtomobilin velosiped sürən məktəbli qrupunu vurması nəticəsində daha bir nəfər ölüb, beləliklə, həlak olanların sayı dörd nəfərə çatıb "Report" xəbər verir ki, bu barədə yerli "Hart van Nederland" portalı məlumat yayıb Nəqliyyat vasitəsi məktəb xətti ilə velosiped gəzintisinə çıxan 14 uşaq və onları müşayiət edən iki yetişkindən ibarət qrupa çırpılıb. Polisin verdiyi məlumata görə, iki uşaq və bir yetişkin hadisə yerindəcə dünyasını dəyişib, daha bir uşaq isə sonradan xəstəxanada vəfat edib. Üç uşağın vəziyyəti ağırdır – onlar Rotterdam, həmçinin Belçikanın Gent və Antverpen şəhərlərindəki tibb müəssisələrinə yerləşdiriliblər Hadisədən bir neçə saat sonra Niderlandın Hülst bələdiyyəsinin qəzanı törətməkdə şübhəli bilinən 19 yaşlı sakini saxlanılıb Hadisənin səbəbləri və sürücünün motivləri hələlik müəyyən edilməyib. İstintaq tədbirlərinin aparılması ilə əlaqədar Terhole bələdiyyəsinin yaxınlığındakı avtomobil yolu hər iki istiqamətdə hərəkət üçün bağlanıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

