Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirilmə üzrə işlərin başa çatdırılması Orta Dəhlizin Asiya, Türk dünyası və Avropa arasındakı əlaqələrdə getdikcə daha vacib rol oynadığı bir vaxtda böyük əhəmiyyət kəsb edir. Modernləşdirmənin bugünkü iqtisadi şəraitdə, üç ölkənin qətiyyəti və qarşılıq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirilmə üzrə işlərin başa çatdırılması Orta Dəhlizin Asiya, Türk dünyası və Avropa arasındakı əlaqələrdə getdikcə daha vacib rol oynadığı bir vaxtda böyük əhəmiyyət kəsb edir. Modernləşdirmənin bugünkü iqtisadi şəraitdə, üç ölkənin qətiyyəti və qarşılıqlı dəstəyi sayəsində həyata keçirilməsi isə Orta Dəhlizin davamlılığının zəmanətidir Bu fikri AZƏRTAC-a açıqlamasında Nişantaşı Universitetinin professoru Vişne Korkmaz deyib Modernizasiyanın məqsədinin dəmir yolunun ticarət tutumunu artırmaq və digər alternativ marşrutlarla rəqabət qabiliyyətini gücləndirmək olduğunu diqqətə çatdıran türk ekspert deyib: “Bu məqsədə çatmaq geosiyasi risklərlə üzləşən dəniz əlaqələrinə alternativ kimi təklif olunan avtomobil nəqliyyatı marşrutları arasında Orta Dəhlizin imkanlarını gücləndirir” Onun sözlərinə görə, bugünkü geosiyasi mənzərədə Cənubi Qafqazda həm müttəfiq, həm də qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin artan nüfuzu danılmazdır. “Bakı və Ankara bir-birinin Cənubi Qafqaz, Xəzər və Xəzərətrafı regionlarına çıxışını dəstəkləyir. Azərbaycan-Türkiyə koridoruna əsaslanan ticarət əlaqələri çərçivəsi yalnız bu çıxışı gücləndirməyəcək, həm də hər iki aktorun qlobal tanınmasını artıracaq və onların iqtisadi şaxələndirmə strategiyalarına xidmət edəcək”, - deyə ekspert əlavə edib Professor bu layihənin Tbilisinin Bakı-Tbilisi-Ankara tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından son dərəcə vacib olduğunu bildirib. “Regionda bəzi aktorlar (xüsusilə Gürcüstan və Ermənistan) geosiyasi rəqabəti aşaraq qarşılıqlı faydalı ticarət strategiyasına sadiq qalmağı hədəfləyirlər. Lakin onların daxili siyasi mühitində bu dəyişikliyə etiraz edən və ona qarşı çıxan fraksiyalar da mövcuddur. Bu səbəbdən Bakı və Ankaranın ticarət sülhü və qarşılıqlı asılılıq vasitəsilə sabitliyi gücləndirəcək bu transformasiyanı dəstəkləməsi çox vacibdir. Əlbəttə, risklər də mövcuddur”, - deyə Vişne Korkmaz vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


