Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın Xocavənd kəndlərində keçmiş məcburi köçkünlərin növbəti qrupuna evlərin açarları təqdim olunub (FOTO)

XOCAVƏND, Azərbaycan, 12 iyun. Bu gün növbəti qrup keçmiş məcburi köçkünlərlə birlikdə Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə gələn ailələrə evlərin açarları təqdim olunub Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları yeni köçürülən ailə

0 baxıştrend.az
Azərbaycanın Xocavənd kəndlərində keçmiş məcburi köçkünlərin növbəti qrupuna evlərin açarları təqdim olunub (FOTO)
Paylaş:

XOCAVƏND, Azərbaycan, 12 iyun. Bu gün növbəti qrup keçmiş məcburi köçkünlərlə birlikdə Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə gələn ailələrə evlərin açarları təqdim olunub Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları yeni köçürülən ailələri salamladıqdan sonra onlara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat veriblər. Ailələrə naməlum obyektlərdən uzaq durmaq və belə hallar barədə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub Açarların təqdimat mərasimində Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər Ailələr sevinclə açarları qəbul edərək evlərinə yerləşdilər Vətənə qayıdan keçmiş məcburi köçkünlər yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, onlara göstərilən dövlət qayğısından böyük razılıqlarını bildirmişlər. Sakinlər bu tarixi Qələbəni canları bahasına torpaqları işğaldan azad edən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərmiş veteranlara uzun ömür, cansağlığı arzulayan sakinlər işğaldan azad edilmiş torpaqlarda dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Mərasimdə qeyd olunub ki, bu gün başlayan yeni həyat həm də şəhid və veteranlarımızın bizə əmanət etdiyi Qələbənin bəhrəsidir Bu mərhələdə 4-ü ailə olmaqla 17 nəfər Hadrut, 8-i ailə olmaqla 42 nəfər Qırmızı Bazar qəsəbəsinə köçürülüb. Onlar geri qayıtmazdan əvvəl ölkənin müxtəlif ərazilərində yerləşən yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə, inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir

Kaynak: trend.az

Diğer Haberler