Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda yeni dəmir yolu dayanacağı fəaliyyətə başlayıb (FOTO/VİDEO)

BAKI, Azərbaycan, 8 may. Abşeron Dairəvi Dəmir Yolunun "Dərnəgül" dayanacağı istifadəyə verilib. Bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma şöbəsinin rəisi Azər Fərəcov məlumat verib Şirkət nümayəndəsi bildirib ki, yeni dayanacaq mayın 8-də sərnişinlərin istifadəsinə

0 baxıştrend.az
Azərbaycanda yeni dəmir yolu dayanacağı fəaliyyətə başlayıb (FOTO/VİDEO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Abşeron Dairəvi Dəmir Yolunun "Dərnəgül" dayanacağı istifadəyə verilib. Bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma şöbəsinin rəisi Azər Fərəcov məlumat verib Şirkət nümayəndəsi bildirib ki, yeni dayanacaq mayın 8-də sərnişinlərin istifadəsinə veriləcək “Layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ona bitişik ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib Bakı-Xırdalan-Sumqayıt xətti üzrə inşa edilən “Dərnəgül” dayanacağı müasir infrastruktur standartlarına və inklüziv prinsiplərə uyğun inşa edilib. Stansiya daxilində abadlıq və yaşıllaşdırma işləri ilə yanaşı, iki turniket, iki gözləmə zalı, dörd platforma, bir piyada körpüsü tikilib” O qeyd edib ki, sərnişin axınının tənzimlənməsi üçün Bakı istiqamətində 11, Sumqayıt istiqamətində isə 10 turniket quraşdırılıb "Əlilliyi olan şəxslər və uşaq arabası olan valideynlər üçün də xüsusi turniketlər quraşdırılıb. Bundan başqa, Sumqayıt istiqamətində avtomobillər və velosipedlər üçün parkinq yerləri tikilib Bakı-Dərnəgül, Dərnəgül-Biləcəri və Dərnəgül-Xırdalan marşrutları üzrə gediş haqqı 0,6 manat (0,35 dollar), Dərnəgül-Sumqayıt marşrutu üzrə isə 1 manat (0,59 dollar) müəyyən edilib Bakı Dəmiryol Vağzalından qatarlar Dərnəgül stansiyasına 10 dəqiqəyə, Dərnəgül-Biləcəriyə 8 dəqiqəyə, Dərnəgül-Xırdalan stansiyasına isə 15 dəqiqəyə çatacaq Fərəcov vurğulayıb ki, yeni dayanacaq paytaxtın mərkəzində, xüsusən də metronun “28 May” stansiyası və Bakı Dəmir Yolu Vağzalı ətrafında sıxlığın azalmasına kömək edəcək “Dərnəgül dayanacağının metro və avtobus xətləri ilə inteqrasiyası sərnişinlərə şəhər mərkəzinə daxil olmadan səyahətlərini davam etdirməyə imkan verəcək İlkin olaraq dayanacağın ildə 200 min sərnişinə xidmət göstərəcəyi, 2030-cu ilə isə bu rəqəmin 500 minə çatacağı gözlənilir”, - deyə o əlavə edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler