Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib (FOTO)
BAKI, Azərbaycan, 4 iyun. Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Bernard Klinql etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramovla görüşündə təqdim edib Nazir səfiri yeni təyinatı münasibətilə tə

BAKI, Azərbaycan, 4 iyun. Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Bernard Klinql etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramovla görüşündə təqdim edib Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin intensivləşdirilməsinin ikitərəfli münasibətlərin daha da genişlənməsinə töhfə verdiyi vurğulandı Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan ilə Braziliya arasında ticarət və investisiya sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişafı sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu kontekstdə iqlim gündəmi və ÇNL prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb


