Tenqri
Ana Səhifə
Dünya

Netanyahu Trampın yanında

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə telefon danışığını açıqlayıb İsrail mətbuatının məlumatına görə, Vens təyyarədən İsrail hökumətinin başçısına zəng edib. O, Netanyahuya danışıqların gedişi və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı strategiyası barədə ə

0 baxışhaqqin.az
Netanyahu Trampın yanında
Paylaş:

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə telefon danışığını açıqlayıb İsrail mətbuatının məlumatına görə, Vens təyyarədən İsrail hökumətinin başçısına zəng edib. O, Netanyahuya danışıqların gedişi və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı strategiyası barədə ətraflı məlumat verib Netanyahunun sözlərinə görə, Donald Tramp administrasiyası Tehranla dialoqda “əsas prioritet” müəyyən edib. ABŞ prezidentinin əsas tələbi İranın topladığı bütün zənginləşdirilmiş materialların tamamilə aradan qaldırılmasıdır. Vaşinqton İran ərazisində uranın zənginləşdirilməsi üzrə istənilən fəaliyyətin uzun illər, bəlkə də onilliklər ərzində dayandırılacağına zəmanət axtarmaq niyyətindədir Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın İrana dəniz blokadası yaratmaq da daxil olmaqla, İrana “maksimum təzyiq” tətbiq etmək qərarına gəldiyi bildirilib. Netanyahu vurğulayıb ki, İsrail “regional təhlükəsizliyin təmin edilməsini zəruri hesab edərək, Ağ Evin bu sərt mövqeyini tamamilə bölüşür və dəstəkləyir” Üstəlik, Yerusəlim İvrit Universitetinin keçirdiyi sorğuya görə, israillilərin təxminən üçdə ikisi İranla atəşkəsə qarşıdır. Eyni zamanda, ictimai rəydə İsrailin iki həftəlik atəşkəsə əməl etməli, yoxsa hücumları bərpa etməli olduğu barədə fikir ayrılıqları var

Kaynak: haqqin.az

Diğer Haberler