Tenqri
Ana Səhifə
Dünya

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

İsrail İrana qarşı hücumları dayandırıb, lakin Tehranın mümkün gələcək hücumlarına cavab vermək hüququnu özündə saxlayır AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu televiziya ilə yayımlanan müraciətində bildirib “Hazırda atəşkəs qüvvədədir. Çünki Tehrandakı rejimə zərbələr

0 baxışazertag.az
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək
Paylaş:

İsrail İrana qarşı hücumları dayandırıb, lakin Tehranın mümkün gələcək hücumlarına cavab vermək hüququnu özündə saxlayır AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu televiziya ilə yayımlanan müraciətində bildirib “Hazırda atəşkəs qüvvədədir. Çünki Tehrandakı rejimə zərbələr endirdikdən sonra onlar bizə hücum etməyi dayandırdılar. Əgər İran rejimi yenidən bizə hücum etmək kimi səhvə yol versə, bütün gücümüzlə cavab verəcəyik”, – deyə Netanyahu vurğulayıb Baş nazir bunu ölkəsinin özünümüdafiə hüququ ilə əsaslandıraraq bildirib ki, bu mövqeyi ABŞ Prezidenti Donald Trampa da çatdırıb “İsrailin özünümüdafiə hüququ var və biz bu hüquqdan zərurət yarandıqda istifadə edəcəyik”, – deyə Netanyahu vətəndaşlara müraciətində qeyd edib O, həmçinin İranın və onun Livandakı müttəfiqi olan “Hizbullah”ın əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdə olduğunu, İsrailin isə daha güclü mövqeyə malik olduğunu iddia edib “Lakin onlara qarşı mübarizəmiz hələ başa çatmayıb. Son 24 saat ərzində İran və “Hizbullah” bizə yeni reallıq qəbul etdirməyə çalışdılar. Bu isə mənim üçün qəbuledilməzdir. Onlar düşünürdülər ki, Livandan və İrandan İsrailə atəş açacaqlar, biz isə buna cavab verməyəcəyik. Bu baş verməyib və bundan sonra da baş verməyəcək”, – deyə Netanyahu bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler