Haradan hara! Dünya indi bu uşağı tanıyır
Türkiyə futbol tarixinin ən unudulmaz gecələrindən biri olan Avstriya matçından illər sonra diqqət çəkən bir detal ortaya çıxdı. 2002-ci il dünya çempionatı öncəsi pley-off revanş oyununda Avstriyanı 5:0 hesabı ilə məğlub edən Milli Komanda turnirdə iştirak hüququ qazandı və 48 illik dünya çempionat

Türkiyə futbol tarixinin ən unudulmaz gecələrindən biri olan Avstriya matçından illər sonra diqqət çəkən bir detal ortaya çıxdı. 2002-ci il dünya çempionatı öncəsi pley-off revanş oyununda Avstriyanı 5:0 hesabı ilə məğlub edən Milli Komanda turnirdə iştirak hüququ qazandı və 48 illik dünya çempionatı həsrətinə son qoydu Okan Burukun matçda vurduğu qoldan sonra milli futbolçuların yaşadıqları böyük sevinc kameralara əks olunub. İllər sonra yenidən paylaşılan həmin kadrda diqqətəlayiq bir detal ortaya çıxdı Fotonun sol tərəfindəki top oğlanın sonradan türk futbolunun ən önəmli adlarından birinə çevrilən Arda Turan olduğu görülüb. Futbolçu karyerasının hələ başlanğıcında olan Ardanın dünya çempionatına gedən tarixi gecədə meydanda xidmət etdiyi anlaşılırdı Həmin vaxt top oğlanı kimi meydanda olan Arda Turan sonrakı illərdə Milli Komandanın kapitanlığına yüksəldi. “Qalatasaray”, “Atletiko Madrid” və “Barselona”da çıxış edən Arda Türkiyə futbol tarixinin ən uğurlu futbolçularından biri kimi yadda qalıb


