Tenqri
Ana Səhifə
Dünya

Almanlar deputatların maaşlarının artırılmasının əleyhinədirlər

Almanların böyük əksəriyyəti (85%) Bundestaqın bütün 630 deputatının 2026-cı ilin iyulunda nəzərdə tutulan maaş artımına qarşıdır “Deutsche Welle” xəbər verir ki, bu, YouGov ictimai rəyi araşdırma institutunun 8-11 may tarixlərində keçirdiyi sorğunun nəticəsidir Alman parlamentarilərinə ödənişlə

0 baxışhaqqin.az
Almanlar deputatların maaşlarının artırılmasının əleyhinədirlər
Paylaş:

Almanların böyük əksəriyyəti (85%) Bundestaqın bütün 630 deputatının 2026-cı ilin iyulunda nəzərdə tutulan maaş artımına qarşıdır “Deutsche Welle” xəbər verir ki, bu, YouGov ictimai rəyi araşdırma institutunun 8-11 may tarixlərində keçirdiyi sorğunun nəticəsidir Alman parlamentarilərinə ödənişlər iyulun 1-dən 497 avro artaraq təxminən 12 330 avroya çatacaq. Deputatların maaşlarının artırılması 2014-cü ildən qüvvədə olan qanunla bağlıdır və bu qanun parlamentarilərə ödənişlərin artırılmasını Almaniya vətəndaşlarının nominal gəlirlərinin artması ilə əlaqələndirir. Keçən il sənədin müddəti indiki parlamentin səlahiyyət müddəti bitənə qədər uzadılıb Lakin indi Almaniya sakinlərinin 85%-i qeyd edib ki, mövcud iqtisadi vəziyyəti nəzərə alaraq deputatlar bu prinsipdən imtina etməlidirlər. Sorğu iştirakçılarının 7%-i ödənişlərin artırılmasının tərəfdarı olub, digər 8%-i isə öz mövqeyində qərarsız olub İfrat sağçı “Almaniya üçün Alternativ”ə (AfD) rəğbət bəsləyənlər ən fəal şəkildə deputatların maaşlarının artırılmasının əleyhinədirlər – sorğuda iştirak edən partiya tərəfdarlarının 93%-i səs verib. Hakim koalisiyaya - Xristian Demokrat İttifaqı, Xristian Sosial Birlik (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasına (SPD) mühafizəkar bloka rəğbət bəsləyənlər bu məsələdə bir qədər az prinsipial idilər. Bu partiyaların tərəfdarlarının müvafiq olaraq 85%-i və 87%-i deputatların maaşlarının artırılmasının əleyhinə çıxıb Almaniya parlamentinin tarixində yalnız bir dəfə - 2021-ci ildə koronavirus pandemiyası zamanı Bundestaq deputatlarına ödənişlər azaldılıb. Buna almanların nominal gəlirlərinin azalması səbəb olub. Bundan əlavə, 2020-ci ildə pandemiya səbəbindən deputatlar maaşları artırmaqdan imtina ediblər. 2025-ci il iyulun 1-də Bundestaq üzvlərinə ödənişlər təxminən 600 avro artırıldı. İndi onlar ayda təxminən 11,833 avro alırlar

Kaynak: haqqin.az

Diğer Haberler