Alman səyyahı Azərbaycanda öz əcdadlarının şəhərini kəşf edib
Alman səyyahlarından biri Azərbaycanda iki əsrdən çox əvvəl əcdadları tərəfindən salınmış şəhər tapıb "Report"un məlumatına görə, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev X sosial şəbəkəsindəki səhifəsində yazıb Onun sözlərinə görə, söhbət əvvəllər Helenendorf kimi tanınan Göygöl

Alman səyyahlarından biri Azərbaycanda iki əsrdən çox əvvəl əcdadları tərəfindən salınmış şəhər tapıb "Report"un məlumatına görə, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev X sosial şəbəkəsindəki səhifəsində yazıb Onun sözlərinə görə, söhbət əvvəllər Helenendorf kimi tanınan Göygöl şəhərindən gedir. 1819-cu ildə Vürtemberqdən köçən alman kolonistləri tərəfindən qurulmuşdur Şəhərdə alman irsinin əsas abidələri arasında 1854-cü ildə tikilmiş Müqəddəs İohann Lüteran kilsəsi də var. O, Azərbaycanda ilk lüteran kilsələrindən biri hesab olunur. Hazırda binada Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyi yerləşir Bundan əlavə, şəhərin mərkəzi hissəsində 19-cu əsrə aid 300-dən çox alman evi qorunub saxlanılıb Göygöldə yaşayan sonuncu alman Viktor Kleynə məxsus tarixi ev də bu günə qədər gəlib çatmışdır. Şəhərdə alman köçkünləri tərəfindən salınmış qəbiristanlıq da qorunur Bütün bu abidələr Azərbaycanda multikulturalizmin zəngin tarixini əks etdirir və bu günə kimi Helenendorf dövrünün izlərini saxlayır


