"Neftçi" Premyer Liqada avrokuboka vəsiqə qazanan sonuncu komanda olub
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub "Report" xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub "Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində

"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub "Report" xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub "Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub "Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib Ölkə çempionluğunu əvvəlki turlarda rəsmiləşdirən "Sabah" isə 75 xala malikdir Bu matçla eyni vaxtda başlayan "Zirə" - "Sumqayıt" qarşılaşmasında birincilər qələbə qazanıb - 2:1 Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahiblərindən Ruan Renato (19-p., 90+8-p.), qonaqlardan isə Aleksandr Ramalinqom (45) diqqət mərkəzinə düşüb 53 xalı olan "Zirə"nin mövsümü beşinci bitirəcəyi dəqiqləşib. "Sumqayıt" isə 41 xalla yeddincidir Xatırladaq ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


