Tenqri
Ana Səhifə
Dünya

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Hörmüz boğazı avqust ayına qədər faktiki olaraq bağlı qalacağı təqdirdə neft qiymətləri 150 dollara yüksələcək AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə enerji bazarı üzrə məsləhətçi “FGE NexantECA” şirkətinin fəxri sədri Fereidun Fesharaki deyib “Əgər Hörmüz boğazı açılmasa, neft

0 baxışazertag.az
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
Paylaş:

Hörmüz boğazı avqust ayına qədər faktiki olaraq bağlı qalacağı təqdirdə neft qiymətləri 150 dollara yüksələcək AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə enerji bazarı üzrə məsləhətçi “FGE NexantECA” şirkətinin fəxri sədri Fereidun Fesharaki deyib “Əgər Hörmüz boğazı açılmasa, neft qiymətləri ilin sonuna qədər 150-200 dollara, bəlkə də 200 dollara yaxınlaşacaq. Ancaq ilin sonuna qədər gözləməyə ehtiyac yoxdur. Neft qiymətləri iyul və ya avqust aylarında bir barel üçün 150 dollara çata bilər. Ehtiyatlar iyulun ortalarına və ya ən geci iyulun sonuna qədər əməliyyat minimumlarına çatdıqda, çox güman ki, təzyiq bazarda artacaq. Məhz həmin vaxt qiymətlərdə böyük artımlar olacaq”, - deyə o bildirib Yaxın Şərqdəki münaqişənin başlamasından ötən 100 gündən çox müddətdə birjalarda neft qiyməti 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədən əvvəlki son ticarət günündə - fevralın 27-də 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin şəkildə aşağı düşüb və təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent” qiymət aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb “Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib. Hazırda “Brent” markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən 30 faizlik artımını qoruyub saxlayır və 92 dollar civarındadır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler