Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollara çatıb. ABŞ-ın WTI markalı xam neftinin

Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollara çatıb. ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri isə 2,87 dollar artaraq bir barel üçün 93,41 dollar olub Qiymət artımına əsas səbəb kimi İsrailin Livanda yenidən zərbələr endirməsi və İranın bir sıra şəhərlərində partlayış səslərinin eşidilməsi göstərilir Analitiklərin fikrincə, bu hadisələr regionda münaqişənin tezliklə başa çatacağına dair gözləntiləri zəiflədib və dünyanın neft tədarükü üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə ixracın bərpa olunacağına ümidləri azaldıb Son qiymət artımı ötən həftə qeydə alınan ucuzlaşmanı da kompensasiya edib. Belə ki, ABŞ və İran arasında gərginliyin azalacağına dair gözləntilər fonunda neft qiymətləri cümə günü azalmışdı. Bununla belə, mart ayından bəri qlobal bazarda neftin qiyməti 50 faizdən çox artıb ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında genişmiqyaslı münaqişənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bəyan edib. Məlumata görə, o, İsrailin Baş naziri Benyamin Netanyahuya yeni hücumlardan çəkinməyi tövsiyə edib Regionda təchizat risklərinin artdığı bir vaxtda OPEC+ ölkələri bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatının artırılması barədə qərar qəbul ediblər. Lakin ekspertlər hesab edirlər ki, Hörmüz boğazında yaranmış məhdudiyyətlər və bəzi istehsalçı ölkələrdə mövcud problemlər səbəbindən bu qərarın bazara real təsiri məhdud olacaq “Rystad Energy” şirkətinin geosiyasi təhlillər üzrə rəhbəri Xorxe Leon qeyd edib ki, mövcud bazar şəraitində belə bir qərarın fiziki təsiri demək olar ki, sıfıra bərabərdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


