NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının üçüncü oyunu keçirilib AZƏRTAC xəbər verir ki, “San-Antonio Spörs” səfərdə “Nyu-York Niks”ə 115:111 hesabı ilə qalib gəlib Qonaq komandanın heyətində Viktor Vembanyama 32 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə görüşün ən məhsuldar

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının üçüncü oyunu keçirilib AZƏRTAC xəbər verir ki, “San-Antonio Spörs” səfərdə “Nyu-York Niks”ə 115:111 hesabı ilə qalib gəlib Qonaq komandanın heyətində Viktor Vembanyama 32 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə görüşün ən məhsuldar basketbolçusu olub. Stefon Kasl 23 xal toplayıb. Dilan Harper 13 xal, 9 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb “Nyu-York Niks”də Ceylen Branson 32, Oci Anunobi 28 xal toplasa da, bu komandasının məğlubiyyətinin qarşısını almağa kifayət etməyib. Coş Hart 16 xal və 9 ribaund, Karl-Entoni Tauns isə 11 xal və 8 ribaundla fərqlənib İlk iki oyunda doğma meydanda məğlub olan “San-Antonio Spörs” Nyu-Yorkda qazandığı qələbə ilə seriyada hesabı 2:1-ə çatdırıb Komandalar arasında dördüncü qarşılaşma da “Madison Skver Qarden”də keçiriləcək. Görüş iyunun 12-nə keçən gecə baş tutacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


