Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas iş istiqamətləri müəyyən edilib

Bu gün rəqəmsal və elektron xidmətlər, bulud texnologiyaları və süni intellektə əsaslanan həllər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, onlar rahatlıqla yanaşı, yeni risklər də daşıyırlar Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazir

0 baxışday.az
Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas iş istiqamətləri müəyyən edilib
Paylaş:

Bu gün rəqəmsal və elektron xidmətlər, bulud texnologiyaları və süni intellektə əsaslanan həllər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, onlar rahatlıqla yanaşı, yeni risklər də daşıyırlar Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kibertəhlükəsizlik üzrə IV Milli Forumun açılış mərasimində deyib Onun sözlərinə görə, bu gün kiberhücumlar artıq ayrı-ayrı sistemlərə deyil, bütün infrastrukturlara, iqtisadi proseslərə və sosial sabitliyə yönəlib. Buna görə də kibertəhlükəsizlik bütün dünyada əsas strateji prioritetlərdən birinə çevrilib O qeyd edib ki, son illər Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində normativ-hüquqi baza ardıcıl olaraq gücləndirilib, institusional imkanlar genişləndirilib, peşəkar kadrlar hazırlanıb Saməddin Əsədov həmçinin bildirib ki, ölkədə bu sahədə yeni mühüm addım atılıb: Prezident İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb Onun sözlərinə görə, agentlik Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi olmaqla, toplanmış təcrübəsini və institusional potensialını inkişaf etdirməyə davam edəcək. Onun vəzifələrinə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət, informasiya infrastrukturunun davamlılığının təmin edilməsi, koordinasiyanın gücləndirilməsi və mümkün kibertəhlükələr barədə milli səviyyədə məlumatlandırma daxildir O əlavə edib ki, Elektron Təhlükəsizlik Xidmətinin əldə etdiyi nəticələr Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən davam etdiriləcək Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Названы ключевые направления работы Национального агентства кибербезопасности Азербайджана | Tenqri