Bakıda keçirilən təhsil sərgisində iştirak edən ABŞ universitetlərinin sayı açıqlanıb
Bakıda keçirilən təhsil sərgisində ABŞ-ın 40-dan çox universiteti iştirak edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Rendi Koul Bakıda keçirilən ABŞ təhsil sərgisi zamanı deyib O qeyd edib ki, ABŞ-da təhsil almağı plan

Bakıda keçirilən təhsil sərgisində ABŞ-ın 40-dan çox universiteti iştirak edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Rendi Koul Bakıda keçirilən ABŞ təhsil sərgisi zamanı deyib O qeyd edib ki, ABŞ-da təhsil almağı planlaşdıran tələbələr viza prosedurları haqqında məlumat əldə edə və Amerika universitetlərinin nümayəndələri ilə birbaşa əlaqə saxlaya biləcəklər "Bu gün siz tələbələr üçün vizalar haqqında məlumat əldə etmək imkanınız olacaq. Bundan sonra siz sərgidə nümayəndələri iştirak edən 40-dan çox Amerika universitetinin stendlərinə baş çəkə biləcəksiniz. ABŞ hökumətinin mübadilə proqramlarının məzunları və səfirliyimizin əməkdaşları da masalardadır", - o deyib Qeyd edək ki, Bakıda ABŞ-ın təhsil sərgisi keçirilir. Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və EducationUSA proqramı ilə birgə təşkil olunub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


