Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda 6 ayda zərərsizləşdirilmiş iri DDoS hücumlarının sayı açıqlanıb

Son 6 ay ərzində ölkədə 200 irimiqyaslı DDoS hücumu zərərsizləşdirilib, zərərli məzmunu yayan 2 min resurs məhdudlaşdırılıb, 1,5 milyondan çox məlumat sızması halı aşkar edilib, 160 min botnet qovşağının yoluxmasının qarşısı alınıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və

0 baxışday.az
Azərbaycanda 6 ayda zərərsizləşdirilmiş iri DDoS hücumlarının sayı açıqlanıb
Paylaş:

Son 6 ay ərzində ölkədə 200 irimiqyaslı DDoS hücumu zərərsizləşdirilib, zərərli məzmunu yayan 2 min resurs məhdudlaşdırılıb, 1,5 milyondan çox məlumat sızması halı aşkar edilib, 160 min botnet qovşağının yoluxmasının qarşısı alınıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunun rəsmi açılış mərasimində deyib Onun sözlərinə görə, milli səviyyədə kibertəhlükəsizlik sahəsində informasiya mübadiləsini təmin etmək və informasiya məkanını müasir təhlükələrdən qorumaq üçün vahid kibertəhlükəsizlik platforması yaradılıb. Hazırda ona 70-dən çox qurum qoşulub və şəbəkənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir Nazir müavini qeyd edib ki, son üç ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 365-ə yaxın mütəxəssis hazırlanıb, onların 86 faizi artıq işlə təmin olunub “Bundan əlavə, dövlət və özəl qurumlarda çalışan 120 kibertəhlükəsizlik mütəxəssisi ixtisasartırma proqramlarına cəlb edilib, 53 təşkilatda kibertəhlükəsizlik üzrə təlim keçirilib” Saməddin Əsədov qeyd edib ki, qarşıdakı dövr üçün əsas məqsəd Azərbaycanı aparıcı regional kibertəhlükəsizlik mərkəzlərindən birinə çevirməkdir “Bu məqsədlə milli kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi, təhlükələrin təhlili və erkən xəbərdarlıq sistemlərinin inkişafı, milli CERT ekosisteminin genişləndirilməsi, elmi tədqiqatların, innovasiyaların və süni intellekt texnologiyalarının təşviqi, habelə yüksək ixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində işlər davam etdiriləcək” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler