Şuşada istismarda olan su təchizatı şəbəkələrinin sayı açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyindən (ADSEA) Day.Az-a verilən məlumata görə, Xankəndi şəhərində ən böyük s

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyindən (ADSEA) Day.Az-a verilən məlumata görə, Xankəndi şəhərində ən böyük su təchizatı sistemlərindən biri fəaliyyət göstərir Bildirilir ki, şəhərin su təchizatı Xəlfəli çayı, magistral su kəmərləri və 15 subartezian quyusu hesabına təmin edilir. Xankəndidə ümumi uzunluğu 104 kilometr olan su təchizatı şəbəkələri, sutkalıq məhsuldarlığı 16 min kubmetr olan iki sutəmizləyici məntəqə, ümumi tutumu 15 min kubmetr olan su anbarları, o cümlədən 67 kilometr kanalizasiya şəbəkəsi istismar olunur. Hazırda 3264 abonentə su təchizatı xidməti göstərilir Şuşada su təchizatı Kiçik Kirs və Zarışlı bulaqlarından qidalanan sistem vasitəsilə həyata keçirilir. Burada 34,5 kilometr su təchizatı şəbəkəsi, 27,5 kilometr kanalizasiya şəbəkəsi və sutkalıq məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici məntəqə fəaliyyət göstərir. Şəhərdə su təchizatı xidmətlərindən 535 abonent və 30 istehlakçı istifadə edir Xocalı, Əsgəran, Xocavənd, Hadrut və Ağdərdə də mövcud su təchizatı mənbələri bərpa edilib, yeni su xətləri çəkilib, əlavə subartezian quyuları qazılıb, müasir tipli çirkab sutəmizləyici qurğular quraşdırılıb Hazırda rayonun şəhər və qəsəbələrində dövlət qurumlarının, təşkilatlarının və sakinlərin dayanıqlı su təchizatı təmin edilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

