Super Yeni Ayın tarixi açıqlanıb
İyunun 15-də Super Yeni Ay fenomeni olacaq Bu barədə Day.Az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib Qeyd olunur ki, bu fenomen Ayın eyni vaxtda yeni ay fazasında olması və perigeyə - Yerdən minimum məsafədə yerləşən orbital nöqtəyə yaxın keçməs

İyunun 15-də Super Yeni Ay fenomeni olacaq Bu barədə Day.Az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib Qeyd olunur ki, bu fenomen Ayın eyni vaxtda yeni ay fazasında olması və perigeyə - Yerdən minimum məsafədə yerləşən orbital nöqtəyə yaxın keçməsi ilə xarakterizə olunur İyunun 15-də Bakı vaxtı ilə saat 03:19-da Ay perigedən keçəcək. Bu anda Yerə olan məsafə 357.195 kilometr olacaq. Bir neçə saat sonra, saat 06:56-da Ay yeni ay mərhələsinə daxil olacaq. Perigenin keçməsi ilə yeni ayın başlaması arasındakı vaxt fərqi təxminən 3 saat 37 dəqiqə olacağı üçün astronomiyada bu hadisə Super Yeni Ay adlanır Qeyd edilir ki, bütün müşahidələr tarixində ən yaxın Super Yeni Aylardan biri 2023-cü il yanvarın 22-də Ayın Yerə təxminən 356 568 kilometr yaxınlaşması ilə baş verib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


