Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır
Azərbaycan texnologiya, innovasiya və biliklərə əsaslanan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur AZƏRTAC xəbər verir ki, bu fikri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı

Azərbaycan texnologiya, innovasiya və biliklərə əsaslanan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur AZƏRTAC xəbər verir ki, bu fikri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı deyib Hüseyn Hüseynov bildirib ki, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub “İki ölkə arasında əməkdaşlıq əvvəlcə enerji sahəsində formalaşıb, hazırda isə innovasiya, texnologiya və rəqəmsal transformasiya istiqamətlərində inkişaf edir. Ötən həftə keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqu iki ölkə arasında əməkdaşlığın yeni imkanlarını ortaya qoyub. Enerji və kritik minerallar sahəsində əməkdaşlıqla yanaşı, yüksəkməhsuldar hesablama sistemləri, süni intellekt infrastrukturu, bulud texnologiyaları və rəqəmsal innovasiyalar istiqamətində də tərəfdaşlığın yeni mərhələsi formalaşır. “Dell Technologies”, “Oracle”, “Microsoft”, “Amazon” və digər beynəlxalq şirkətlərlə əməkdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi investisiya tərəfdaşlığından strateji texnoloji əməkdaşlığa keçid etdiyini göstərir. Bu təşəbbüslər birlikdə daha yüksəkməhsuldarlıq yaradan, keyfiyyətli iş yerləri formalaşdıran, investisiyaları cəlb edən və qlobal rəqabət qabiliyyətini artıran müasir rəqəmsal iqtisadiyyatın əsasını təşkil edir”, – deyə H.Hüseynov bildirib Hüseyn Hüseynov əlavə edib ki, Azərbaycan rəqəmsal transformasiyanın biznes üçün real nəticələr verməsinə xüsusi önəm verir: “Bu məqsədlə yerli müəssisələrin qabaqcıl texnologiyaları tətbiq etməsi, istehsal proseslərini modernləşdirməsi və əməliyyat səmərəliliyini artırması istiqamətində təşəbbüslər dəstəklənir. Azərbaycanın ilk rəqəmsal iqtisadi zonası olan “Digital Silk Way” layihəsini innovasiyaların sənaye islahatlarına çevrilməsinin uğurlu nümunəsi kimi dəyərləndirib. İnvestorlar və tərəfdaşlar üçün sabit və proqnozlaşdırılan biznes mühiti, əlverişli coğrafi mövqe, enerji resursları və islahatlara əsaslanan inkişaf strategiyası təklif edilir. Azərbaycan gələcəyin sənayelərinin, texnologiyalarının və imkanlarının formalaşdırılmasında sizin tərəfdaşınız olmağa hazırdır”, – deyə H.Hüseynov beynəlxalq biznes ictimaiyyətinə müraciət edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


