Nazir: Qarabağ və Şərqi Zəngəzurda iri bağçılıq, südçülük və heyvandarlıq aqroparkları yaradılması istiqamətində işlər aparılır
Aqrar sektor ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyır. 2025-ci ildə kənd təsərrüfatı ümumi daxili məhsulun 5,9 faizini, qeyri-neft ÜDM-in isə 8,3 faizini formalaşdırıb APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarını

Aqrar sektor ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyır. 2025-ci ildə kənd təsərrüfatı ümumi daxili məhsulun 5,9 faizini, qeyri-neft ÜDM-in isə 8,3 faizini formalaşdırıb APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib Nazir qeyd edib ki, son illərdə aqrar sahədə həyata keçirilən dövlət proqramları, subsidiyalar, güzəştli kreditlər və aqrar sığorta mexanizmləri sektorun inkişafına mühüm təkan verib. Hazırda tərəvəz üzrə özünütəminat səviyyəsi 107 faizə, meyvə-giləmeyvə üzrə isə 140 faizə çatıb. Azərbaycan fındıq ixracına görə dünyada 4-cü, xurma ixracında 2-ci, şaftalı və nektarin ixracında isə 9-cu yerdə qərarlaşıb Məcnun Məmmədov vurğulayıb ki, buna baxmayaraq, buğda, bitki yağları və kərə yağı üzrə özünütəminat göstəricilərinin artırılmasına ehtiyac var. O bildirib ki, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə yerli istehsalın genişləndirilməsi prioritet olaraq qalır Nazirin sözlərinə görə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi, dəyər zəncirlərinin inkişafını, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakulturanın inkişafını nəzərdə tutur Proqram çərçivəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində ÜDM-in orta illik artım tempinin minimum 2 faiz, aqrar və emal məhsulları ixracının isə orta hesabla 6 faiz artırılması hədəflənir. Bu məqsədlə ümumilikdə 5,9 milyard manat investisiyanın cəlb olunması planlaşdırılır Müşavirədə bildirilib ki, proqramın əsas istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin aqrar potensialının reallaşdırılmasıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda iri bağçılıq, südçülük və heyvandarlıq aqroparklarının yaradılması istiqamətində işlər aparılır Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Şərqi Zəngəzurda 122 hektar sahədə yeni istixana kompleksinin yaradılması, işğaldan azad edilmiş ərazilərdə atçılıq zavodunun qurulması, həmçinin Qarabağın aqrar potensialına uyğun yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ağdam rayonunda isə 3 min hektar ərazidə bağçılıq və heyvandarlıq, 2,1 min hektar sahədə isə südçülük və damazlıq heyvandarlıq komplekslərinin yaradılması planlaşdırılır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
