Tenqri
Ana Səhifə
Dünya

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Biz hesab etsək ki, bu qanun layihəsi qəbul edildikdən sonra problem tam həll olunacaq, özümüzü aldatmış olarıq. Çünki, hətta Avstraliya təcrübəsi göstərir ki, bu məsələdə tam şəkildə uğurlu olmaq, istənilən nəticələrə çatmaq üçün valideynlərin, ailələrin, həmçinin digər dövlət qurumlarının üzərinə

0 baxışazertag.az
Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq
Paylaş:

Biz hesab etsək ki, bu qanun layihəsi qəbul edildikdən sonra problem tam həll olunacaq, özümüzü aldatmış olarıq. Çünki, hətta Avstraliya təcrübəsi göstərir ki, bu məsələdə tam şəkildə uğurlu olmaq, istənilən nəticələrə çatmaq üçün valideynlərin, ailələrin, həmçinin digər dövlət qurumlarının üzərinə yük düşür AZƏRTAC xəbər verir ki, bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib O bildirib ki, proporsional, yəni mərhələli sanksiyaların tətbiq olunması bu Qanunun daha uğurlu tətbiqinə kifayət qədər dəstək olacaq. Nazir müavini, eyni zamanda, qanun layihəsində platformaların üzərinə qoyulan məsuliyyəti xüsusi vurğulayıb. Qeyd edib ki, bu çox əhəmiyyətlidir. İstər sonsuz sürüşdürmələr, istər avtomatik video başlanması kimi manipulyativ dizayn elementlərinin qadağan olunması çox mühüm əhəmiyyət daşıyır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler