Tenqri
Ana Səhifə
Dünya

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Müsabiqənin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən “Robot Challenge” müsabiqəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib O bildirib ki, ilk dəfə t

0 baxışazertag.az
Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik
Paylaş:

Müsabiqənin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən “Robot Challenge” müsabiqəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib O bildirib ki, ilk dəfə təşkil olunan tədbirdə 205 komanda iştirak edir: “Bununla yanaşı, qeyd etmək istərdim ki, bu il avtomatlaşdırma, süni intellekt, yüksək texnologiyalar və proqramlaşdırma sahələrini əhatə edən artıq yeddinci milli müsabiqəmiz keçirilir. Bu isə ölkəmizdə innovativ cəmiyyətin formalaşdırılmasına, gənclərin kreativ düşüncəsinin inkişafına və süni intellektin cəmiyyətin müxtəlif sahələrində, idarəetmədə, eləcə də insanların gündəlik həyatında oynadığı rolun daha geniş şəkildə mənimsənilməsinə verilən önəmin göstəricisidir" Nazir müavininin sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı və inkişaf etdiricisi olmasına şərait yaratmaqdır: “Texnologiyanı görüb onu daha da təkmilləşdirmək, gündəlik həyat tərzimizin ayrılmaz hissəsinə çevirmək ölkəmizdə müəyyən edilmiş əsas inkişaf istiqamətlərindən biridir. Bu baxımdan, belə bir tədbirin keçirilməsi olduqca vacib və dəyərlidir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler