Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib
Xaçmaz və Şabran rayonları buğda istehsalı üzrə müəyyən edilmiş 22 hədəf rayonun siyahısına daxildir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramının müzakirə

Xaçmaz və Şabran rayonları buğda istehsalı üzrə müəyyən edilmiş 22 hədəf rayonun siyahısına daxildir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib Onun sözlərinə görə, bu rayonlarda əsas məqsəd suvarılan taxıl sahələrində məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması, torpaqların lazer üsulu ilə hamarlanması, müasir suvarma sistemlərinin tətbiqi və yüksək reproduksiyalı toxumlardan istifadənin genişləndirilməsidir. Bundan əlavə, buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib ki, Qusar rayonu həmin perspektiv rayonların sırasına daxildir. Bu, o deməkdir ki, su təminatı, meliorasiya infrastrukturu və təsərrüfatdaxili suvarma şəbəkələri yaxşılaşdırıldıqca Qusar rayonunda da ixtisaslaşmış və yüksək məhsuldar taxıl istehsalının genişləndirilməsi üçün yeni imkanlar yaranacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


