Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir
Azərbaycanda 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ke

Azərbaycanda 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə deyib O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin məlumatına əsasən ölkədə valideynlərin 43 faizi uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir. Məktəb yaşlı övladı olan ailələrin 64 faizində isə uşaqlar artıq sosial mediadan istifadə edir və hər 5 uşaqdan biri orta hesabla 5 saatdan çox sosial şəbəkədə vaxt keçirir “İstifadə olunan platformalar arasında "YouTube" , "WhatsApp" və "TikTok" platformaları üstünlük təşkil edir. Bu göstərici olduqca narahatedicidir", - deyə nazir müavini bildirib İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən Rəşad Həsənov bildirib ki, 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq: “16-18 yaşarası istifadəçilər üçün isə nəzarətli istifadə modeli tətbiq olunacaq. Bu yaş qrupunda hesab yaradılması yalnız qanuni nümayəndələrin razılığı ilə mümkün olması hədəflənir" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


