Tenqri
Ana Səhifə
Dünya

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədi dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsidir AZƏRTAC xəbər verir ki, bu fikri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı iqtisadi transformasiya üçün elm və innovasiya” konfransında səsləndirib Nazir

0 baxışazertag.az
Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır
Paylaş:

Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədi dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsidir AZƏRTAC xəbər verir ki, bu fikri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı iqtisadi transformasiya üçün elm və innovasiya” konfransında səsləndirib Nazir müavini bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi mühüm amil olsa da, əsas diqqət iqtisadi artımın təmin olunmasına yönəlməlidir Elnur Soltanov diqqətə çatdırıb ki, şaxələndirmə iqtisadiyyatın dayanıqlığını artırır və müxtəlif risklərə qarşı müqaviməti gücləndirir. Bununla yanaşı, iqtisadi siyasətin əsas göstəricisi davamlı inkişaf və uzunmüddətli iqtisadi artım olmalıdır O qeyd edib ki, Azərbaycan son illərdə iqtisadi transformasiya istiqamətində mühüm nəticələr əldə edib. Ölkənin enerji resurslarından əldə olunan imkanlar yeni iqtisadi inkişaf mərhələsinin əsasını formalaşdırıb Nazir müavini vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı insan kapitalı, bilik və texnologiyaların tətbiqi hesabına təmin olunacaq. Bu baxımdan innovasiya və məhsuldarlığın artırılması xüsusi əhəmiyyət kəsb edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler