Nazir müavini: Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb
Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mühüm institusional addım atılıb. Prezidentin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Kibertəhlükəsizlik Agentliyi yaradılıb AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal i

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mühüm institusional addım atılıb. Prezidentin Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Kibertəhlükəsizlik Agentliyi yaradılıb AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı məlumat verib Nazir müavini bildirib ki, agentlik elektron təhlükəsizlik xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiya funksiyalarını həyata keçirəcək. Onun sözlərinə görə, yeni qurumun yaradılmasında məqsəd bu sahədə insan resurslarını, institusional imkanları və texnoloji potensialı daha da gücləndirməkdir “Ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində son illər mühüm addımlar atılıb. Bu istiqamətdə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və digər dövlət proqramları mühüm rol oynayır. Rəqəmsal transformasiyanın sürətləndiyi şəraitdə kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86 faizi işlə təmin olunub. Son 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb və onların 86 faizi artıq işə qəbul olunub. Nazir müavini kibertəhlükəsizlikdə insan amilinin həlledici rol oynadığını və bu səbəbdən maarifləndirməyə xüsusi önəm verildiyini bildirib. S.Əsədovun sözlərinə görə, ötən dövrdə dövlət və özəl qurumlarda çalışan 120 kibertəhlükəsizlik mütəxəssisi təkrar hazırlığa cəlb olunub. Ölkə daxilində keçirilən 700-dən çox maarifləndirmə tədbiri nəticəsində təxminən 48 min vətəndaş kibertəhlükəsizlik alətləri barədə məlumatlandırılıb və 653 təşkilatda kibermaarifləndirmə işləri həyata keçirilib”, - deyə Saməddin Əsədov qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


