Tenqri
Ana Səhifə
Dünya

Nazir müavini: "Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir"

Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir "Report" xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqt

0 baxışreport.az
Nazir müavini: "Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir"
Paylaş:

Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir "Report" xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib "Hazırda regionda və qlobal miqyasda baş verən hadisələr göstərir ki, daim vurğuladığımız dəyərlər ciddi təzyiqlərlə üzləşir, bəzən onlar diqqətdən kənarda qalır, bəzən tamamilə unudulur. Məhz buna görə hesab edirəm ki, regional inteqrasiya nə qədər vacib və effektiv alət olsa da, düzgün yanaşma, qarşılıqlı etimad və davamlı diqqət olmadan onun hədəflərinə nail olmaq mümkün deyil. Maliyyə Nazirliyinin nümayəndəsi kimi, regional inteqrasiya və halal iqtisadiyyat kontekstində bu iki yanaşmanı bir araya gətirməyə çalışacağam. Çünki bizim üçün sabitlik və etimad bu proseslərin əsas dayaqlarıdır Bu gün Azərbaycanın 88 milyard ABŞ dollarını aşan xarici valyuta ehtiyatları mövcuddur ki, bu da ölkəmizə güclü makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edir. Eyni zamanda, ölkəmizdə İslam maliyyəsi məhsullarının inkişafını müşahidə edirik. İslam maliyyəsi sadəcə alternativ maliyyə modeli deyil. Bu model tərəfdaşlıq, risklərin bölüşdürülməsi, real iqtisadi fəaliyyətin dəstəklənməsi, uzunmüddətli investisiyalar prinsiplərinə əsaslanır", - deyə o qeyd edib Nazir müavini əlavə edib ki, Azərbaycan İslam Maliyyəsi üzrə Regional mərkəzə çevrilmək imkanına malikdir: "İslam maliyyəsinin inkişafı təkcə yeni bir bazar seqmentinin formalaşdırılması deyil. Bu, Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi və özəl sektorun dəstəklənməsi istiqamətində həyata keçirilən daha geniş islahatların tərkibidir. Bu gün Azərbaycanda artıq təkaful (İslam sığortası) xidmətləri təqdim olunur. Maliyyə institutları mürabahə və mudarabə kimi İslam bankçılığı məhsullarını tətbiq etməyə başlayıblar. Bunlar sadəcə maliyyə alətləri deyil, həm də müştəriyönümlü yanaşmanın gücləndirilməsinə xidmət edən mexanizmlərdir. Özəl sektordakı tərəfdaşlarımızdan yeni İslam maliyyəsi təşəbbüsləri barədə məlumat alırıq və hesab edirəm ki, onların bir qismi yaxın gələcəkdə elan olunacaq" "Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji mövqeyi ölkəmizə regional mərkəzə çevrilmək üçün mühüm üstünlüklər yaradır. Bu status təkcə milli inkişafı sürətləndirmir, eyni zamanda regional halal inteqrasiyasının güclənməsinə də töhfə verə bilər. Bu istiqamətdə atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Çünki onlar ticarətin, investisiyaların, texnologiya transferinin və müxtəlif sənaye sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişafını təşviq edir. Bu prosesdə IsDB ilə əməkdaşlıq bizim üçün hər zaman xüsusi önəm daşıyıb. Otuz ildən artıqdır ki, Bank Azərbaycanın etibarlı tərəfdaşıdır, ölkəmizin iqtisadi inkişafına, eləcə də azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına mühüm töhfələr verir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler