Tenqri
Ana Səhifə
Dünya

Nazir müavini: Aqrar sahədə müasir suvarma sistemlərinin tətbiqi enerji qənaəti üçün böyük imkanlar yaradır

Kənd təsərrüfatı sahəsində müasir suvarma sistemlərinin tətbiqi enerji səmərəliliyi və qənaəti üçün böyük imkanlar və potensial yaradır AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev III Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib Nazir müavini bildirib ki, a

0 baxışazertag.az
Nazir müavini: Aqrar sahədə müasir suvarma sistemlərinin tətbiqi enerji qənaəti üçün böyük imkanlar yaradır
Paylaş:

Kənd təsərrüfatı sahəsində müasir suvarma sistemlərinin tətbiqi enerji səmərəliliyi və qənaəti üçün böyük imkanlar və potensial yaradır AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev III Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib Nazir müavini bildirib ki, aqrar sektor kifayət qədər enerji tutumlu sahədir. Bu sektorda rəqəmsallaşma və süni intellektin tətbiqi enerji səmərəliliyinin təmin olunmasına gətirib çıxarır “Ağıllı istixanalar”ın tətbiqi və burada zəruri temperaturun daim saxlanılması artıq enerji israfına yol verilməməsinə şərait yaradır. 150 kilovatadək olan güc üçün heç bir icazə tələb olunmur. Təbii ki, ərazidəki reyestrdən müvafiq texniki şərt alınmaqla bu, həyata keçirilə bilər. Əgər avtonom rejimdə işləyəcəksə texniki şərtin alınmasına da ehtiyac qalmır. İşğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonaları elan olunub. Həmin ərazilərdə məskunlaşma və yaşayış binalarının inşası məhz “yaşıl texnologiya”lar əsasında həyata keçirilir. Burada rəqəmsallaşma və yaşıl enerji həllərinin tətbiqi geniş vüsət alıb”, - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler