Nazir müavini Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək
Elm və təhsil nazirinin müavini Həsən Həsənli mayın 22-də Ağdaş şəhərində vətəndaşların müraciətlərini dinləyəcək 525.az-a nazirlikdən bildirilib ki, qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər Adıçəkilən rayonun sakinləri mayın 20-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzin

Elm və təhsil nazirinin müavini Həsən Həsənli mayın 22-də Ağdaş şəhərində vətəndaşların müraciətlərini dinləyəcək 525.az-a nazirlikdən bildirilib ki, qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər Adıçəkilən rayonun sakinləri mayın 20-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir


