Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib
Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqt

Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib Nazir bildirib ki, portal vasitəsilə real vaxt rejimində xəzinədarlıq orqanları tərəfindən aparılan bütün əməliyyatların, gəlir və xərclərin izlənilməsi mümkündür. Büdcə təşkilatları və xəzinədarlıq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq daxili və xarici xidmət pasportları (təlimatları), habelə ödənişlərin operativliyinin artırılması və təşkilatların suallarının operativ cavablandırılması məqsədilə Chat Bot hazırlanıb. Hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib. Eyni zamanda, hesabat dövründə dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


