Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb
Bugünkü müzakirələr çərçivəsində ötən toplantıdan keçən müddət ərzində üç ölkə arasında icra olunan layihələrin cari vəziyyətini müzakirə etmək, hazırkı dövrdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr, yeni potensial istiqamətlər barədə geniş fikir mübadiləsi aparmaq imkanımız o

Bugünkü müzakirələr çərçivəsində ötən toplantıdan keçən müddət ərzində üç ölkə arasında icra olunan layihələrin cari vəziyyətini müzakirə etmək, hazırkı dövrdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr, yeni potensial istiqamətlər barədə geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Eyni zamanda, ortaq çağırışlara da nəzər salındı AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında deyib Ceyhun Bayramov beynəlxalq və regionlar gərginlik fonunda Avropa ilə Asiya arasındakı keçiddə yerləşən bölgəmizin ətrafda baş verən prosesləri yaxından hiss etdiyini qeyd edib Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı gündəmin çox sıx olduğunu bildirən nazir ölkələrimiz arasında həyata keçirilən layihələrin fəaliyyətində bir gün belə fasilə yaranmadığını vurğulayıb O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə Şərq ilə Qərbi birləşdirən mühüm enerji, nəqliyyat və ticarət dəhlizlərinin hazırkı dövrdə əhəmiyyəti daha da artıb Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündə toplantının yekunlarına dair İstanbul Bəyannaməsi imzalanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


