Nazir: Azad edilmiş ərazilərdə 83 min hektardan çox torpaq dövriyyəyə qaytarılır
Azad edilmiş ərazilərdə torpaq idarəçiliyi və məskunlaşmanın genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə çıxışı zam

Azad edilmiş ərazilərdə torpaq idarəçiliyi və məskunlaşmanın genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib Nazirin sözlərinə görə, hazırda 83,1 min hektar torpaq sahəsinin minalardan təmizlənərək dövriyyəyə qaytarılması istiqamətində işlər davam etdirilir M.Məmmədov qeyd edib ki, bölgədə uzunmüddətli icarə əsasında torpaq istifadəsi modeli tətbiq olunur, kənd təsərrüfatı fəaliyyətinin səmərəli təşkili üçün Ağalı, Ballıca, Xanyurdu və Zabux kəndlərində torpaq bölgüsü və kooperativləşmə mexanizmləri tətbiq edilir “2021-ci ilin aprelində Zəngilanın Ağalı kəndində ilk "Ağıllı kənd" layihəsinin təməli qoyulub və bu model azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi aktivliyin formalaşmasına xidmət edir”, – deyə nazir vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


