Tenqri
Ana Səhifə
Dünya

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış etdi

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Ə

0 baxışpublika.az
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış etdi
Paylaş:

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev rəqəmsal həllərin genişləndirilməsi, süni intellektdən səmərəli istifadənin ölkəmizin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə görülən işləri qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurlarını, sosial ödənişlərdə, əmək müqavilələrinin sayında ciddi artımları diqqətə çatdırıb Nazir bildirib ki, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 150 ​​xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çoxu proaktiv şəkildə təqdim olunur. “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır və əmək qanunvericiliyinə əməl olunmasının elektron auditinə də imkan verir. Aktiv əmək müqavilələrinin 97 faizi bu e-sistem üzərində elektron şəkildə bağlanıb Anar Əliyev DOST konsepsiyasının üstünlükləri və uğurlarını qeyd edib. O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib. Beynəlxalq standartlara uyğun olaraq ölkəmizin əmək qanunvericiliyində edilən son dəyişiklikləri diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan 2024-cü ildə COP29-a, bu il isə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi əlamətdar beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu da ölkəmizin iqlim, urbanizasiya və əməyin gələcəyi ilə bağlı qlobal gündəliyin formalaşmasında fəal rolunu bir daha təsdiqləyir Azərbaycan və BƏT arasında iki Layiqli Əmək Ölkə Proqramı uğurla həyata keçirildiyini deyən Anar Əliyev ötən ilin sonunda növbəti, 2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının imzalandığını bildirib. O, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işlərini, doğma yurdlarına köçürülən sakinlərin layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığının təmin edildiyini vurğulayıb Sessiya çərçivəsində Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə əmək münasibətləri sahəsində rəqəmsal həllərin geniş tətbiqindən, son illər əmək qanunvericiliyində aparılmış gender islahatlarından bəhs olunub. Təşkilatın yeni sənədlərinin ratifikasiyası işləri qeyd olunub, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb - VİDEO Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə Bu tədbir Azərbaycanın enerji diplomatiyasına böyük töhfə verir - Samir Vəliyev Böyük Qayıdışın yaratdığı təbəssüm Dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasını sürətləndirəcək - ŞƏRH Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq

Kaynak: publika.az

Diğer Haberler