Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında cari il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirili

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında cari il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, laboratoriyalarda müasir mebel avadanlıqları quraşdırılıb, lazımi avadanlıqlarla təchiz olunaraq müasir tədris şəraiti yaradılıb Qeyd edək ki, sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının da yaradılmasına başlanılıb. İstehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur Saziş çərçivəsində, həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


