Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb
Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz və ya 2

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz və ya 2,3 milyon manat çoxdur Qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 faiz və ya 5,3 milyon manat artıb. Ödənilən vergilərin 70,6 faizi qeyri-dövlət sektorunun, 29,4 faizi isə dövlət sektorunun payına düşüb 2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 2 milyon manata yaxın olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
