Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə birincilik başa çatıb Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin həlledici qarşılaşma

0 baxışazertag.az
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
Paylaş:

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə birincilik başa çatıb Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin həlledici qarşılaşmaları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin idman zalında keçirilib və mükafatçılar bəlli olub Üçüncülük uğrunda keçirilən görüşdə Naxçıvan Müəllimlər İnstitutu ilə Naxçıvan Dövlət Texniki Kolleci qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Naxçıvan Müəllimlər İnstitutunun komandası qələbə qazanaraq üçüncü yerə sahib olub Final qarşılaşmasında isə Naxçıvan Hərbi Kolleci ilə Naxçıvan Dövlət Universiteti üz-üzə gəlib. Maraqlı keçən oyunda Naxçıvan Hərbi Kolleci 7:6 hesabı ilə qalib gələrək birinciliyin çempionu olub. Naxçıvan Dövlət Universiteti isə yarışı ikinci pillədə tamamlayıb İlk üç yerin sahibləri kubok, diplom və medallarla mükafatlandırılıblar Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Naxçıvan Hərbi Kollecinin dəstəyi əsasında aprel ayında 7 komandanın iştirakı ilə start götürən turnirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və istedadlı idmançıların üzə çıxarılması olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler