Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

İyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər ve

0 baxışazertag.az
Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO
Paylaş:

İyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət ediblər Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında son illərdə görülən işlərdən bəhs edib. Sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalandığını və Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşdığını diqqətə çatdırıb Anar Bağırov son dövrlər Azərbaycan vəkilliyinin inkişafında Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi rolundan, insan hüquqlarının qorunmasında vəkillik institutunun məsuliyyətindən, vəkillərin ixtisaslaşmasının zəruriliyindən, bu sahədə aparılan islahatların əhəmiyyətindən, eləcə də mediasiya institutunun mübahisələrin həllindəki mühüm yerindən bəhs edib Ölkədə mediasiya institutunun inkişafı və bu sahədə həyata keçirilən islahatlar barədə söz açan sədr bildirib ki, Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında qarşılıqlı hörmətə və peşəkar həmrəyliyə əsaslanan münasibətlər bərqərar olub. Bu əməkdaşlıq modeli mediasiya praktikasının daha da zənginləşməsinə, institutun cəmiyyətdə möhkəmlənməsinə və islahatların davamlı xarakter almasına güclü təkan verməkdədir Mediasiya Şurasının fəaliyyətini yüksək qiymətləndirən Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası mediasiya islahatlarının ilk günündən Şuranın həmtəsisçisi kimi bu prosesə tam dəstək verib. Sədr bu dəstəyin bu gün də davam etdiyini və bundan sonra da birgə fəaliyyətin uğurla reallaşdırılacağını vurğulayıb. O, ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquq institutlarının və hüquqi yardım sisteminin inkişafında əldə olunan uğurların dövlət qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb. Anar Bağırov, eyni zamanda, Naxçıvanda gələcəkdə də belə regional konfransların keçiriləcəyini ifadə edib Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov son illər Şurada görülən işlərə toxunub. Sədr bildirib ki, mediasiya xidmətlərindən istifadə zamanı Vəkillər Kollegiyası üzvlərinin tərəflərə barışıq sazişlərinin müddəaları və məzmunu üzrə keyfiyyətli hüquqi yardım göstərməsi olduqca mütərəqqi addımdır. O, bu yanaşmanın əsas insan hüquq və azadlıqlarının müdafiəsinə, eləcə də cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb Nadir Adilovun sözlərinə görə, müşahidə və monitorinqlər göstərir ki, vəkillər mediasiya proseslərində barışıq sazişlərinin qanunauyğun və hüquqi baxımdan düzgün tərtib edilməsi üçün mediatorlarla çox sıx əməkdaşlıq edirlər. Vəkillərə təşəkkürünü bildirən sədr vurğulayıb ki, xüsusilə Naxçıvan Mediasiya Təşkilatının Vəkillər Kollegiyasının üzvləri ilə qurduğu peşəkar əlaqələr keyfiyyətli barışıq sazişlərinin imzalanmasına birbaşa müsbət təsir göstərir Diqqətə çatdırılıb ki, hazırda ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir. 2026-cı ilin ötən dövrü ərzində bağlanmış barışıq sazişlərinin sayı 1794, probasiyada isə 6 barışıq sazişi qeydə alınıb Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək, muxtar respublikada vəkilliyin tarixindən və inkişaf yolundan bəhs edib. O qeyd edib ki, vəkillik institutu nə qədər inkişaf etsə, Kollegiya savadlı və peşəkar kadrlarla nə qədər yaxşı təmin olunsa, bu, əhalinin hüquqlarının yüksək səviyyədə qorunmasına və hüquqi maarifləndirməyə bir o qədər xidmət edər. Sədr, həmçinin vurğulayıb ki, bu inkişaf vətəndaşların vaxt itkisinin, eləcə də əsassız müraciətlərin qarşısının alınmasında mühüm rol oynayacaq Hüseyn Səfərov bildirib ki, insan hüquqlarının müdafiəsində dövlət qurumları ilə vəkillik institutunun əməkdaşlığı da mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əlaqələr xüsusi qeyd olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hazırda nazirliyin nümayəndəsi də Kollegiyanın İxtisas Komissiyasının üzvü qismində fəaliyyət göstərir. Bu addım vəkilliyə qəbul prosesinin şəffaflığının, obyektivliyinin və qanunauyğunluğunun təmin edilməsinə xidmət edir. İki qurum arasında əməkdaşlığın digər mühüm istiqaməti isə penitensiar müəssisələrdə həyata keçirilən birgə tədbirlərdir Sonra konfransda Mediasiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, nazirliyin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Şuranın fəaliyyətində göstərdikləri dəstəyə görə sertifikatla təltif ediliblər Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının son 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videohesabat nümayiş olunub Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Müşfiq Həsənov konfransdakı çıxışında vəkilliyin əsas missiyasının insan hüquqlarının müdafiəsi olduğunu və ədalət mühakiməsində mühüm rol oynadığını bildirib Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov isə müasir hüquq sistemində mediasiyanın tətbiqinin vətəndaş hüquqlarının daha effektiv təmin olunmasına xidmət etdiyini vurğulayıb Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov isə vəkil və mediator əməkdaşlığı sayəsində keyfiyyətli barışıq sazişlərinin imzalanması istiqamətində görülən işlərdən bəhs edib. Direktor qeyd edib ki, təşkilatın sıralarında 5 mediator fəaliyyət göstərir. 2021-ci ilin avqust ayından 2026-cı ilin müvafiq dövrünədək mediatorların icraatında 7885 iş olub. Hər iki tərəfin iştirak etdiyi 2413 iş üzrə 1032 barışıq sazişi imzalanıb. Həmçinin təşkilatın fəaliyyəti dövründə vəkillərin iştirakı ilə baş tutan mediasiya proseslərində 40-a yaxın barışıq sazişi imzalanıb Naxçıvan şəhər “ASAN” Vəkil Bürosunun vəkili Şəbnəm Hüseynova çıxışında müasir dövrdə ailə, əmək və əmlak xarakterli mülki mübahisələrin həllinin yalnız məhkəmə ilə məhdudlaşmadığını, mediasiyanın effektiv bir alternativ üsul olduğunu bildirib Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb Tədbir çərçivəsində Kollegiyanın nümayəndə heyəti Naxçıvan Mediasiya Təşkilatının inzibati binasında olub. Qonaqlara təşkilatın fəaliyyəti barədə məlumat verilib Naxçıvanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Sonra Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinə dair son üç ili əhatə edən hesabat-videoçarx nümayiş etdirilib Konfransda çıxışlar olacaq, müzakirələr aparılacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler