Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Təsəvvür edin ki, siz eyni məhsulu eyni keyfiyyət, eyni xərc, eyni miqdarda əmək sərf etməklə iki fərqli şəhərdə istehsal edirsiniz - biri Bakıda, digəri Naxçıvanda. Bakıdakı istehsalçı malını yük maşınına yükləyib birbaşa müştəriyə çatdırır. Naxçıvandakı isə blokada səbəbindən İran və ya Türkiyə üz

0 baxışazertag.az
Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH
Paylaş:

Təsəvvür edin ki, siz eyni məhsulu eyni keyfiyyət, eyni xərc, eyni miqdarda əmək sərf etməklə iki fərqli şəhərdə istehsal edirsiniz - biri Bakıda, digəri Naxçıvanda. Bakıdakı istehsalçı malını yük maşınına yükləyib birbaşa müştəriyə çatdırır. Naxçıvandakı isə blokada səbəbindən İran və ya Türkiyə üzərindən minlərlə kilometr əlavə yol getmək məcburiyyətindədir. Bu isə əlavə yol xərci deməkdir. Nəticədə eyni məhsul Bakı bazarına çatanda avtomatik olaraq daha baha olur. Məhz buna görə Prezident İlham Əliyev tərəfindən iyunun 9-da imzalanan “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman sadə, amma düşünülmüş bir həll yolu təklif edir Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı iqtisadçı Mətin Abbaslı deyib O qeyd edib ki, Fərmana əsasən, Naxçıvan istehsalçısı malını Bakıya göndərmək üçün 1000 manat nəqliyyat xərci çəkirsə, dövlət həmin xərcin 700 manatını geri qaytarır “Yəni real yük cəmi 300 manata düşür. Bu mexanizm vasitəsilə coğrafiyanın yaratdığı süni bahalıq dövlət tərəfindən kompensasiya edilir və Naxçıvan malı Bakı bazarında əsl rəqabətə qoşula bilir. Fərmanın icrası 2026-cı ilin sentyabrından başlayaraq tam 10 il davam edəcək. Əlbəttə, hər şey icranın keyfiyyətindən asılı olacaq. Normativ aktlar hələ hazırlanır, maliyyələşdirmənin detalları müzakirə mərhələsindədir. Lakin mexanizmin özü düzgün istiqamətdədir. Fərman mahiyyətcə Naxçıvan Muxtar Respublikası üçün ciddi iqtisadi əhəmiyyət daşıyır. Onilliklər boyu blokada şəraitində yaşayan Naxçıvan coğrafi təcridin ən ağır nəticəsini - yüksək logistik xərcləri daim öz üzərində hiss edib. Yerli istehsalçılar Azərbaycanın əsas ərazisinə mal göndərmək üçün alternativ marşrutlardan istifadə etmək məcburiyyətində qalıb, bu da nəqliyyat xərclərini məhsulun maya dəyərinin əhəmiyyətli bir hissəsinə çevirib. Nəticədə Naxçıvan malları rəqabət qabiliyyətini itirib, istehsalçılar isə daha geniş bazarlara çıxmaqda çətinlik çəkib”, - deyə Mətin Abbaslı vurğulayıb Onun sözlərinə görə, bu addımın iqtisadi nəticələri bir neçə istiqamətdə özünü göstərəcək: “Logistik xərclərin azalması istehsalçıların gəlirliliyini artıracaq və kənd təsərrüfatı, yüngül sənaye və emal sahələrində yeni investisiyaları cəlb edəcək. Bu günə qədər yüksək daşıma xərci səbəbindən Bakı bazarında rəqabət apara bilməyən Naxçıvan malları artıq bərabər şərtlərlə bazara çıxa biləcək. İstehsal genişləndikcə yeni iş yerləri açılacaq, logistika, qablaşdırma və anbar xidmətləri kimi köməkçi sahələr də canlanacaq. Bir sözlə Prezidentin Fərmanı 10 illik zaman üfüqü ilə sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühit yaradacaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler