Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda 6 məktəbli Respublika fənn olimpiadalarında qalib olub

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 6 şagird Respublika fənn olimpiadalarında qalib olub Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev olimpiadanı

0 baxışazertag.az
Naxçıvanda 6 məktəbli Respublika fənn olimpiadalarında qalib olub
Paylaş:

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 6 şagird Respublika fənn olimpiadalarında qalib olub Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev olimpiadanın final mərhələsində informatika fənni üzrə qızıl medal qazanıb. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Kənan Qənbərov isə coğrafiya fənni üzrə gümüş medala layiq görülüb Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Nazim İsgəndərov tarix fənni üzrə, Naxçıvan Qızlar Liseyinin şagirdləri Nazəni Qasımzadə və İradə Axundlu biologiya fənni üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Yaşar Hüseynov isə tarix fənni üzrə bürünc medal qazanıblar Qeyd edək ki, Respublika fənn olimpiadalarında əldə olunan bu nəticə ötən illə müqayisədə 100 faiz artım deməkdir. Belə ki, 2024–2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri 1 gümüş və 2 bürünc medal qazanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler