Tenqri
Ana Səhifə
Dünya

Naxçıvan dəmir yolunun bərpası vacib layihələrdən biridir - Aİ rəsmisi

Avropa İttifaqının hazırda nəzərdən keçirdiyi ən iri investisiya layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır 525.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan

0 baxış525.az
Naxçıvan dəmir yolunun bərpası vacib layihələrdən biridir - Aİ rəsmisi
Paylaş:

Avropa İttifaqının hazırda nəzərdən keçirdiyi ən iri investisiya layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır 525.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə həsr edilmiş brifinqdə deyib O bildirib ki, daha əvvəl bu dəmir yolu Xəzər dənizi ilə Qara dənizi birləşdirən mühüm nəqliyyat xətti olub "Lakin uzun illərdir ki, xətt baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyac var. Bir neçə həftə əvvəl ekspertlərlə bərabər Culfa–Naxçıvan dəmir yolu xəttinə baxış keçirilib. Hazırda həmin hissədə qatarların saatda 20 kilometrdən artıq sürətlə hərəkət etməsi mümkün deyil. Buna baxmayaraq, ekspertlərin yekdil qənaəti ondan ibarət olub ki, dəmir yolu xətti hələ də istifadəyə yararlıdır və düzgün investisiya ilə bərpa edilə bilər”, – o vurğulayıb Əlavə edib ki, baxış zamanı körpülər, keçidlər və sərhəd boyunca yerləşən hissələr də yoxlanılıb: "Dəmir yolu xətti bəzi ərazilərdə Araz çayı və sərhədə çox yaxın məsafədən keçir. Bu layihə milli əhəmiyyət daşıyan layihələrdən biridir"

Kaynak: 525.az

Diğer Haberler