Qırğızıstanda milli taksi aqreqatoru peyda olacaq
“Qırğızıstan Respublikasının Milli İnvestisiya Fondu” ASC və Çinin Shenzhen Wuyou Technology Co şirkəti arasında texniki parametrlərin gələcək inkişafı və layihələrin praktiki işə salınması üçün yekun investisiya sazişlərinin hazırlanması üçün başlanğıc nöqtəsi olan üç çərçivə sazişi imzalanıb Təş

“Qırğızıstan Respublikasının Milli İnvestisiya Fondu” ASC və Çinin Shenzhen Wuyou Technology Co şirkəti arasında texniki parametrlərin gələcək inkişafı və layihələrin praktiki işə salınması üçün yekun investisiya sazişlərinin hazırlanması üçün başlanğıc nöqtəsi olan üç çərçivə sazişi imzalanıb Təşəbbüs yaşıl iqtisadiyyatın və elektrik nəqliyyatının inkişafına, müasir texnologiyaların tətbiqinə, yerli nəqliyyat sənayesinin rəqəmsallaşdırılmasına və xarici investisiyaların cəlb edilməsinə yönəlib Daha əvvəl bildirilib ki, Qırğızıstanda yol hərəkəti təhlükəsizliyini artırmaq üçün sərnişin taksilərinin icbari lisenziyalaşdırılması tətbiq edilib Bir neçə təxirə salınmadan sonra, 2026-cı il iyulun 1-dən ölkədə lisenziyasız taksi idarə etməyə görə sərt cərimələr qüvvəyə minəcək Onu da yazmışdıq ki, bu il sentyabrın 1-dək Qırğızıstanda vətəndaşlara xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrini leqallaşdırmaq üçün son şans verilir


