NATO ölkələri Ukraynaya daha 70 milyard avro ayıra bilər
NATO ölkələri Ukraynaya 70 milyard avro məbləğində hərbi yardım ayırmağı düşünür. Bu barədə hərbi alyansa üzv olan bir neçə ölkənin diplomatları bildiriblər. Ukraynaya dəstək planı NATO-nun iyulda Ankarada keçiriləcək sammitində daha ətraflı açıqlanacaq. Kiyevə milyardlarla vəsaitin ayrılması təşəbb

NATO ölkələri Ukraynaya 70 milyard avro məbləğində hərbi yardım ayırmağı düşünür. Bu barədə hərbi alyansa üzv olan bir neçə ölkənin diplomatları bildiriblər. Ukraynaya dəstək planı NATO-nun iyulda Ankarada keçiriləcək sammitində daha ətraflı açıqlanacaq. Kiyevə milyardlarla vəsaitin ayrılması təşəbbüsü Almaniyaya məxsusdur. Plan maliyyələşmənin şəffaflığının artırılmasına, yeni mexanizm vasitəsilə hərbi ittifaq üzvləri arasında xərclərin bərabərləşdirilməsinə yönəlib


