Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək
Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olu

Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Bu, informasiya sahəsinə dövlətin münasibətinin nə qədər həssas olduğunu göstərir AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib O bildirib ki, iki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək. Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
