Tenqri
Ana Səhifə
Dünya

Natalya Jukova: "Nine Senses" yoqa festivalı deyil, hərtərəfli inkişaf məkanıdır

"Nine Senses Fest" bədən, ağıl və ruh üçün təcrübələri özündə birləşdirən, şəxsiyyətin kompleks inkişafı üzrə beynəlxalq platformadır "Report" xəbər verir ki, bu barədə "Nine Senses Art Center"in direktoru Natalya Jukova III Beynəlxalq "Nine Senses Fest 2026" festivalına həsr olunmuş mətbuat konfra

0 baxışreport.az
Natalya Jukova: "Nine Senses" yoqa festivalı deyil, hərtərəfli inkişaf məkanıdır
Paylaş:

"Nine Senses Fest" bədən, ağıl və ruh üçün təcrübələri özündə birləşdirən, şəxsiyyətin kompleks inkişafı üzrə beynəlxalq platformadır "Report" xəbər verir ki, bu barədə "Nine Senses Art Center"in direktoru Natalya Jukova III Beynəlxalq "Nine Senses Fest 2026" festivalına həsr olunmuş mətbuat konfransında bildirib Onun sözlərinə görə, festival yalnız yoqa praktikaları ilə məhdudlaşmır və daha geniş yanaşması ilə fərqlənir: "Bu yoqa festivalı deyil. Bu, oxşar formatlı digər tədbirlərdən çox vacib bir fərqdir. "Nine Senses Fest" - hərtərəfli inkişaf və kompleks yanaşma festivalıdır" N.Jukova bildirib ki, bu il festivalın əsas mövzusu insanın ənənələr, tarix və mədəni irslə əlaqəsini əks etdirən "Köklərdən inkişafa" ideyası olacaq: "Biz hər il öz mesajımızla gəlirik. Bu il o, "Köklərdən inkişafa" kimi səslənir. Biz yaddaşa, ənənələrə və nəsillərin təcrübəsinə əsaslanırıq, bunu özümüzdən keçiririk və yeni təcrübəyə, inkişafa çeviririk" Festivalın proqramına art-layihələr, maarifləndirici mühazirələr, yaradıcılıq ustad dərsləri, musiqi çıxışları, sərgilər və yerli brendlərin yarmarkası daxil olacaq N.Jukovanın sözlərinə görə, dəvət olunmuş qonaqlar arasında neyroqrafika metodunun banisi Pavel Piskaryov və slavyan təcrübələri məktəbinin nümayəndəsi Lev İvanov da var O, həmçinin qeyd edib ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilir və həm Azərbaycan sakinləri, həm də xarici qonaqlar üçün nəzərdə tutulub: "Biz istəyirik ki, festival mədəni mübadilə, şəxsi inkişaf və müasir beynəlxalq təcrübələrlə tanışlıq məkanına çevrilsin" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler