Tenqri
Ana Səhifə
Dünya

NASA astronavtlara Beynəlxalq Kosmik Stansiyada planlaşdırılan əməliyyatlara qayıtmağı tapşırıb - YENİLƏNİB

“Roskosmos” hava sızmasının qarşısını almaq üçün konstruktiv təmir işlərini müvəqqəti dayandırdıqdan sonra agentlik astronavtlardan Beynəlxalq Kosmik Stansiyada planlaşdırılmış fəaliyyətlərinə qayıtmağı xahiş edib APA xəbər verir ki, bu barədə NASA-nın mətbuat katibi Besani Stivens “X”-də bildirib

0 baxışapa.az
NASA astronavtlara Beynəlxalq Kosmik Stansiyada planlaşdırılan əməliyyatlara qayıtmağı tapşırıb - YENİLƏNİB
Paylaş:

“Roskosmos” hava sızmasının qarşısını almaq üçün konstruktiv təmir işlərini müvəqqəti dayandırdıqdan sonra agentlik astronavtlardan Beynəlxalq Kosmik Stansiyada planlaşdırılmış fəaliyyətlərinə qayıtmağı xahiş edib APA xəbər verir ki, bu barədə NASA-nın mətbuat katibi Besani Stivens “X”-də bildirib O qeyd edib ki, “Roskosmos” Zvezda servis modulunun transfer tunelində cümə günü planlaşdırılan konstruktiv təmir işlərini əlavə ölçmələr və məlumatların qiymətləndirilməsi üçün müvəqqəti dayandırıb. Bunu nəzərə alaraq, NASA “Dragon” kosmik gəmisində olan ekipaj üzvlərinə təhlükəsiz sığınacaq prosedurlarını dayandırmağı və Beynəlxalq Kosmik Stansiyada planlaşdırılmış fəaliyyətlərinə qayıtmağı tapşırıb NASA həmçinin bildirib ki, sızmaların aradan qaldırılması üçün “Roskosmos” ilə birgə əməkdaşlıq etməyə ümid edir NASA Beynəlxalq Kosmik Stansiyada (BKS) hava sızmasının güclənməsi səbəbindən astronavtlara mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib Bu barədə "Reuters" NASA-ya istinadən məlumat yayıb NASA-nın məlumatına görə, orbital stansiyanın Rusiya seqmentində hava sızmasının artması fonunda astronavtlara kosmik gəmilərinə keçmək və fövqəladə vəziyyətə hazır olmaq tapşırılıb Bildirilib ki, NASA-nın Crew-12 missiyasının dörd üzvü — amerikalı astronavtlar Cessika Meir və Cek Heteuey, Avropa Kosmik Agentliyinin fransalı astronavtı Sofi Adeno və “Roskosmos”un kosmonavtı Andrey Fedyayevə SpaceX-in "Crew Dragon" gəmisinə daxil olmaq və skafandr geyinmək əmri verilib Astronavtlar fevral ayından etibarən Beynəlxalq Kosmik Stansiyada çalışırlar. Onlar Ay və Marsa gələcək missiyalar üçün elmi tədqiqatlar və texnologiya sınaqları aparırlar

Kaynak: apa.az

Diğer Haberler