Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Masallı rayonu ərazisində "Vaz 21074" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisləri ona “saxla” işarəsi veriblər AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Səfərlinin narkotik vasitə

Masallı rayonu ərazisində "Vaz 21074" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisləri ona “saxla” işarəsi veriblər AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Səfərlinin narkotik vasitədən istifadə etdiyinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib Məhkəmənin qərarı ilə Ə.Səfərli 15 gün müddətinə inzibati qaydada həbs olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


