Tenqri
Ana Səhifə
Dünya

Narkotik maddənin təsiri altında sükan arxasına keçən şəxs stasionar postda saxlanılıb

Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsind

0 baxışazertag.az
Narkotik maddənin təsiri altında sükan arxasına keçən şəxs stasionar postda saxlanılıb
Paylaş:

Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler