Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində kiber araşdırmalar istiqaməti fəaliyyətə başlayıb Day.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Kibertəhlükəsizlik üzrə IV Milli Forum çərçivəsində keçirilən "Mill

0 baxışday.az
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Paylaş:

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində kiber araşdırmalar istiqaməti fəaliyyətə başlayıb Day.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Kibertəhlükəsizlik üzrə IV Milli Forum çərçivəsində keçirilən "Milli Kibertəhlükəsizlik Ekosistemi" mövzusunda sessiyada deyib O qeyd edib ki, kibertədqiqatın prosessual və kiberistintaq istiqamətlərinin tandemdə fəaliyyət göstərməsi kibertəhlükələrə qarşı mübarizədə mühüm uğurların əldə olunmasına xidmət edir və bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına yönəlib “Biz dövlət-özəl tərəfdaşlığı, süni intellektə əsaslanan müdafiə mexanizmlərini, risklərin qiymətləndirilməsini gücləndirməliyik, həmçinin böyük həcmli məlumatlarda yeni risklərin yaranmamasını təmin etmək üçün süni intellekt həllərinin genişləndirilməsi üzrə təşəbbüslərimizi artırmalıyıq” D.Rüstəmov kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıqdan da danışıb: "Bizim dünya üzrə 160 kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtələrimiz var. Budapeşt Konvensiyası çərçivəsində biz 24/7 kommunikasiya kanalı vasitəsilə kibercinayətkarlıq hallarının araşdırılması üçün tədbirlər görürük. Həmçinin Azərbaycanın ilk olaraq ratifikasiya etdiyi BMT-nin bu yaxınlarda qəbul edilmiş kibertəhlükəsizlik konvensiyası üzərində işləyirik" Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler