Hörmüz üçün cəza: Avropa İrana qarşı sanksiyalar tətbiq edir
Avropa İttifaqı Hörmüz boğazının bağlanması ilə bağlı hərəkətlərə görə İranın fiziki və qurumlarına qarşı sanksiyalar tətbiq edib. İran naviqasiya azadlığı sahəsində Aİ-nin yeni sanksiya rejiminə düşən ilk ölkə olub. Bunu Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşündən s

Avropa İttifaqı Hörmüz boğazının bağlanması ilə bağlı hərəkətlərə görə İranın fiziki və qurumlarına qarşı sanksiyalar tətbiq edib. İran naviqasiya azadlığı sahəsində Aİ-nin yeni sanksiya rejiminə düşən ilk ölkə olub. Bunu Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra blokun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib "Bu gün Brüsseldə Aİ-yə üzv ölkələr Hörmüz boğazından keçidə maneçilik törədən iranlı şəxslərə və təşkilatlara qarşı sanksiyaları təsdiqləyiblər. Eyni zamanda, Aİ ilk dəfə olaraq naviqasiya azadlığı sahəsində yeni sanksiya rejimini tətbiq edib", - Kallas bildirib Onun sözlərinə görə, Aİ müdafiə nazirləri İranın Hörmüz boğazında hərəkətlərinin “qəbuledilməz” olduğu barədə razılığa gəliblər Kallas əlavə edib ki, Vaşinqton və Tehran Hörmüz boğazını açmaq üçün münaqişəni diplomatik yolla həll etməlidir

